Premyer Liqa: “Liverpul” 3 xalı 4 qolla qazandı

Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Turun açılış matçında “Arsenal” doğma meydanda “Nyukasl”ı qəbul edib və inamlı qələbəyə sevinib.

“Liverpul” bu turda “Sauthempton”un müqavimətini 4 cavabsız qolla qırıb. “Kristal Pelas” evdə “Aston Villa”ya uduzub.

“Norviç Siti” – “Vulverhempton” və “Brayton” – “Lids” matçlarında isə qapılara qol vurulmayıb.

“Mançester Siti”nin bu turdakı rəqibi “Vest Hem” olacaq. Turun mərkəzi görüşü Londonda keçiriləcək. Lider “Çelsi” doğma meydanda “Mançester Yunayted”lə üz-üzə gələcək.

İngiltərə Premyer Liqası
13-cü tur
27 noyabr

Arsenal – Nyukasl 2:0
Qol: Saka, 56. Martinelli, 66.

Kristal Pelas – Aston Villa 1:2
Qol: Quehi, 90+5 – Targett, 15. Makqinn, 86.

Liverpul – Sauthempton 4:0
Qol: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.

Norviç Siti – Vulverhempton 0:0

Brayton – Lids 0:0

28 noyabr

18:00. Bernli – Tottenhem
18:00. Brentford – Everton
18:00. Lester Siti – Uotford
18:00. Mançester Siti – Vest Hem
20:30. Çelsi – Mançester Yunayted

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: