Premyer Liqa: “Liverpul” “Lester Siti”ni məğlub yola saldı

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 18-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Vest Hem” “Brentford”la ev oyununda 2 cavabsız qolla məğlub olub. Üç qolun qeydə alındığı “Liverpul” – “Lester Siti” matçında isə meydan sahibləri qələbəyə sevinən tərəf olub.

Turun qalan qarşılaşmaları 2022-ci ilin sonuncu və 2023-cü ilin ilk günlərinə təsadüf edəcək.

İngiltərə Premyer Liqası
18-ci tur
30 dekabr

Vest Hem – Brentford 0:2
Qol: Toni, 18. Dasilva, 43.

Liverpul – Lester Siti 2:1
Qol: Faes, 38-öz qapısına; 45-öz qapısına – Dyusberi-Holl, 4.

31 dekabr

16:30. Vulverhempton – Mançester Yunayted
19:00. Bornmut – Kristal Pelas
19:00. Fulhem – Sauthempton
19:00. Mançester Siti – Everton
19:00. Nyukasl – Lids
21:30. Brayton – Arsenal

1 yanvar

18:00. Tottenhem – Aston Villa
20:30. Nottingem Forest – Çelsi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: