Premyer Liqa: “Liverpul” səfərdən xalsız döndü

Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Tottenhem” səfərdə “Everton”la qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. “Lids” – “Lester Siti” matçında da qalib müəyyənləşməyib.

“Arsenal” “Uotford”u minimal hesabla məğlub edib.

“Liverpul” isə səfərdə “Vest Hem”ə uduzub.

İngiltərə Premyer Liqası
11-ci tur
5 noyabr

Sauthempton – Aston Villa 1:0
Qol: Armstronq, 3.

6 noyabr

Mançester Yunayted – Mançester Siti 0:2
Qol: E.Bayi, 7-öz qapısına. B.Silva, 45.

Brentford – Norviç Siti 1:2
Qol: Henri, 60 – Normann, 6. Pukki, 29-pen.

Kristal Pelas – Vulverhempton 2:0
Qol: Zaha, 61. Qallaxer, 78.

Çelsi – Bernli 1:1
Qol: Haverts, 33 – Vidra, 79.

Brayton – Nyukasl 1:1
Qol: Trossard, 24 – Hayden, 66.

7 noyabr

Arsenal – Uotford 1:0
Qol: Smit Rou, 56.

Lids – Lester Siti 1:1
Qol: Rapinya, 26 – Barnes, 28.

Everton – Tottenhem 0:0

Vest Hem – Liverpul 3:2
Qol: Alisson, 4-öz qapısına. Fornals, 67. Zuma, 74 – Aleksander-Arnold, 41. Oriqi, 83.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: