Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 27-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Lids” – “Brayton” matçında qalib müəyyənləşməyib. “Mançester Siti” səfərdə “Kristal Pelas”a, “Çelsi” isə “Lester Siti”yə qalib gəlib. “Liverpul” isə “Bornmut”la səfər matçından xalsız qayıdıb.
“Everton” doğma meydanda “Brentford”a, “Tottenhem” də “Nottingem Forest”ə qalib gəlib.
Turun qalan dörd oyunu bazar günü keçiriləcək.
İngiltərə Premyer Liqası
27-ci tur
11 mart
Bornmut – Liverpul 1:0
Qol: Billinq, 28.
Everton – Brentford 1:0
Qol: Maknil, 1.
Lids – Brayton 2:2
Qol: Bamford, 40. Harrison, 78 – Makallister, 33. Harrison, 61-öz qapısına.
Lester Siti – Çelsi 1:3
Qol: Daka, 39 – Çilluel, 11. Haverts, 45+6. Kovaçiç, 78.
Tottenhem – Nottingem Forest 3:1
Qol: Keyn, 19; 35-pen. Son, 62 – Vorrail, 81.
Kristal Pelas – Mançester Siti 0:1
Qol: Haland, 78-pen.
12 mart
18:00. Fulhem – Arsenal
18:00. Mançester Yunayted – Sauthempton
19:00. Vest Hem – Aston Villa
20:30. Nyukasl – Vulverhempton


