Premyer Liqa: “Liverpul” və “Çelsi” darmadağına sevindi

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

Turun açılış matçında lider “Çelsi” çətin “Lester Siti” səfərinə yollanıb. “Zadəganlar” bu oyunda da darmadağına seviniblər.

Son turlarda uğursuz çıxış edən “Mançester Yunayted” bu turda “Uotford” səfərinə yollanıb. “Qırmızı şeytanlar” bu turda da məğlubiyyətə üzülüblər.

Baş məşqçi postuna Stiven Cerrardı gətirən “Aston Villa”nın rəqibi isə “Brayton” olub. Sözügedən komanda doğma meydanda inamlı qələbəyə sevinib.

Altı qolun qeydə alındığı “Bernli” – “Kristal Pelas” və “Nyukasl” – “Brentford” matçlarında qalib müəyyənləşməyib. “Vulverhempton” “Vest Hem”i, “Norviç Siti” isə “Sauthempton”i məğlub yola salıb.

Turun mərkəzi görüşü Mersisaydda keçirilib. “Liverpul” doğma meydanda “Arsenal”ı böyük hesabla məğlub edib.

İngiltərə Premyer Liqası
12-ci tur
20 noyabr

Lester Siti – Çelsi 0:3
Qol: Rudiger, 14. Kante, 28. Pulişiç, 71.

Aston Villa – Brayton 2:0
Qol: Uotkins, 84. Minqs, 89.

Bernli – Kristal Pelas 3:3
Qol: B.Mi, 19. Vud, 27. Korne, 49 – Benteke, 8; 36. Quehi, 42.

Vulverhempton – Vest Hem 1:0
Qol: R.Ximenes, 58.

Norviç Siti – Sauthempton 2:1
Qol: Pukki, 7. Henli, 79 – Adams, 4.

Nyukasl – Brentford 3:3
Qol: Laskelles, 10. Joelinton, 39. Sent-Maksimin, 75 – Toni, 111. Henri, 31. Laskelles, 61-öz qapısına.

Uotford – Mançester Yunayted 4:1
Qol: Kinq, 28. Sarr, 44. Pedro, 90+2. Dennis, 90+6 – V.De Beek, 50.

Liverpul – Arsenal 4:0
Qol: Mane, 39. Jota, 52. Salah, 74. Minamino, 77.

21 noyabr

18:00. Mançester Siti – Everton
20:30. Tottenhem – Lids

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: