Premyer Liqa: “Liverpul”la “Çelsi” uduzdu, MS qalib gəldi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 14-cü tura start verilib. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.

“Brentford” – “Vulverhempton” matçında qalib müəyyənləşməyib. “Fulhem” – “Everton” oyununda isə ümumiyyətlə qapılara qol vurulmayıb. “Kristal Pelas” “Sauthempton”u, “Nyukasl” isə “Aston Villa”nı məğlub yola salıb.

“Tottenhem” səfərdə “Bornmut”a qalib gəlibsə, Londonun digər təmsilçisi “Çelsi” “Brayton”la matçda darmadağına üzülüb. Uğursuz mövsüm keçirən “Liverpul” da “Lids”lə ev oyununda xalsız qalıb. Son çempion “Mançester Siti” isə “Lester Siti” ilə səfər oyununda 3 xalı tək qolla qazanıb.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

İngiltərə Premyer Liqası
14-cü tur
29 oktyabr

Lester Siti – Mançester Siti 0:1
Qol: De Bruyne, 49.

Bornmut – Tottenhem 2:3
Qol: Mur, 22; 49 – Sessenyon, 57. Deyvis, 73. Bentankur, 90+2.

Brentford – Vulverhempton 1:1
Qol: Mi, 50 – Neves, 52.

Brayton – Çelsi 4:1
Qol: Trossar, 5. Loftus-Çik, 14-öz qapısına. Çaloba, 42-öz qapısına. Qross, 90+2 – Haverts, 48.

Kristal Pelas – Sauthempton 1:0
Qol: Eduard, 38.

Nyukasl – Aston Villa 4:0
Qol: K.Uilson, 45+6-pen; 56. Joelinton, 59. Almiron, 67.

Fulhem – Everton 0:0

Liverpul – Lids 1:2
Qol: Salah, 14 – Rodriqo, 4. Sammervill, 89.

30 oktyabr

18:00. Arsenal – Nottingem Forest
20:15. Mançester Yunayted – Vest Hem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: