Premyer Liqa: “Liverpul”la “Çelsi” xal itirdi, “Mançester Siti”…

Futbol üzrə İngilərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Lider “Mançester Siti” “Nyukasl” səfərinə yollanıb. “Şəhərlilər” bu oyunda 4 cavabsız qola seviniblər.

“Çelsi” səfərdə “Vulverhempton”la münasibətlərinə aydınlıq gətirib. Bu oyunda qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşündə “Tottenhem” “Liverpul”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

Bu tur keçirilməli olan “Aston Villa” – “Bernli”, “Mançester Yunayted” – “Brayton”, “Sauthempton” – “Brentford”, “Uotford” – “Kristal Pelas”, “Vest Hem” – “Norviç Siti” və “Everton” – “Lester Siti” matçları təxirə salınıb. Buna sözügedən klubların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəb göstərilib.

İngiltərə Premyer Liqası
18-ci tur
18 dekabr

Lids – Arsenal 1:4
Qol: Rapinya, 75-pen – Martinelli, 16; 28. Saka, 42. Smit Rou, 84.

19 dekabr

Vulverhempton – Çelsi 0:0

Nyukasl – Mançester Siti 0:4
Qol: R.Dias, 5. Kanselo, 27. Mahrez, 63. Sterlinq, 86.

Tottenhem – Liverpul 2:2
Qol: Keyn, 13. Son, 74 – Jota, 35. Robertson, 69.

Xəbəri sosial şəbəkələrdə paylaş: