Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 34-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Bornmut” “Lids”i, “Nyukasl” “Sauthempton”u məğlub yola salıb. “Mançester Yunayted” “Aston Villa” ilə ev oyununda 3 xalı tək qolla əldə edib.
Turun ən maraqlı oyunlarından biri “Liverpul”la “Tottenhem” arasında baş tutub. Yeddi qolun qeydə alındığı bu dramatik görüşün sonunda meydan sahibləri qələbəyə seviniblər.
Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” isə “Fulhem”in qonağı olub. “Şəhərlilər” bu oyundan qalib ayrılmaqla “Arsenal”ı qabaqlayaraq zirvəyə yüksəlib.
34-cü turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
İngiltərə Premyer Liqası
34-cü tur
29 aprel
Kristal Pelas – Vest Hem 4:3
Qol: Ayyu, 15. Zaha, 20. Şlupp, 30. Eze, 66-pen – Souçek, 9. M.Antonio, 36. Aqerd, 72.
Brentford – Nottingem Forest 2:1
Qol: Touni, 82. Dasilva, 90+4 – Danilo, 45+1.
Brayton – Vulverhempton 6:0
Qol: Undav, 6; 66. Qross, 13; 26. Uelbek, 39; 48.
30 aprel
Bornmut – Lids 4:1
Qol: Lerma, 20; 24. Solanke, 63. Semenyo, 90+1 – Bamford, 32.
Fulhem – Mançester Siti 1:2
Qol: K.Vinisius, 15 – Haland, 3-pen. X.Alvares, 36.
Mançester Yunayted – Aston Villa 1:0
Qol: B.Fernandes, 39.
Nyukasl – Sauthempton 3:1
Qol: K.Uilson, 54; 81. Uolkot, 79-öz qapısına – Armstronq, 41.
Liverpul – Tottenhem 4:3
Qol: Cons, 3. Dias, 5. Salah, 15-pen. Jota, 90+5 – Keyn, 39. Son, 77. Rişarlison, 90+3.
1 may
23:00. Lester Siti – Everton
2 may
23:00. Arsenal – Çelsi


