Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 33-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Nottingem Forest” – “Brayton” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər.
Uğursuz mövsüm keçirən “Çelsi” bu dəfə doğma meydanda “Brentford”a 2 cavabsız qolla uduzub.
“Vest Hem”in qonağı olan “Liverpul” isə əzmkar qələbəyə sevinib.
Turun mərkəzi oyunu lider “Arsenal”la əsas izləyicisi “Mançester Siti” arasında baş tutub. “Şəhərlilər” doğma meydanda baş tutan və məhsuldar keçən bu görüşdə darmadağınla qalib gəliblər.
Bu qələbə sayəsində Mançester təmsilçisi London klubu ilə xal fərqini daha da azaldıb. Rəqibindən iki oyun az keçirmiş MS artıq potensial liderdir. Belə ki, hazırda “Arsenal”ın 75, “Mançester Siti”nin isə 73 xalı var.
Turun qalan qarşılaşmaları sabah – aprelin 27-də keçiriləcək.
İngiltərə Premyer Liqası
33-cü tur
25 aprel
Vulverhempton – Kristal Pelas 2:0
Qol: Andersen, 3-öz qapısına. R.Neves, 90+4-pen.
Aston Villa – Fulhem 1:0
Qol: Minqs, 21.
Lids – Lester Siti 1:1
Qol: Sinisterra, 20 – Vardi, 80.
26 aprel
Nottingem Forest – Brayton 3:1
Qol: Qross, 45+3-öz qapısına. Danilo, 69. Gibbs-Uayt, 90+1 – Buonanotte, 38.
Çelsi – Brentford 0:2
Qol: Aspilikueta, 37-öz qapısına. Mbeumo, 78.
Vest Hem – Liverpul 1:2
Qol: Paketa, 12 – Qakpo, 18. Matip, 67.
Mançester Siti – Arsenal 4:1
Qol: De Bruyne, 7; 54. Haland, 45+1; 90+5 – Holdinq, 86.
27 aprel
22:45. Everton – Nyukasl
22:45. Sauthempton – Bornmut
23:15. Tottenhem – Mançester Yunayted


