Premyer Liqa: “Mançester Siti”dən xal itkisi

Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında lider “Mançester Siti” səfərdə “Kristal Pelas”la qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb.

Bu xal itkisinə baxmayaraq, “şəhərlilər” 70 xalla zirvədə qərarlaşıblar. Bu komandanın ən yaxın izləyicisi “Liverpul”un isə 66 xalı var.

İngiltərə Premyer Liqası
29-cu tur

12 mart

Brayton – Liverpul 0:2
Qol: L.Dias, 19. Salah, 61-pen.

Brentford – Bernli 2:0
Qol: Toni, 85; 90+4-pen.

Mançester Yunayted – Tottenhem 3:2
Qol: Ronaldo, 12; 38; 81 – Keyn, 35-pen. Maquayr, 72-öz qapısına.

13 mart

Vest Hem – Aston Villa 2:1
Qol: Yarmolenko, 70. Fornals, 82 – Remsi, 90.

Lids – Norviç Siti 2:1
Qol: Rodriqo, 14. Gelhardt, 90+4 – Maklin, 90+1.

Sauthempton – Uotford 1:2
Qol: Elyunussi, 45 – Kuço, 14; 34.

Çelsi – Nyukasl 1:0
Qol: Haverts, 89.

Everton – Vulverhempton 0:1
Qol: Koadi, 49.

Arsenal – Lester Siti 2:0
Qol: Partey, 11. Lakazette, 59.

14 mart

Kristal Pelas – Mançester Siti 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: