Premyer Liqa: “Mançester Yunayted” “Kristal Pelas”la bacarmadı

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 7-ci turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçı “Kristal Pelas”la “Mançester Yunayted” arasında keçirilib.

Görüşdə hesabı “qırmızı şeytanlar” açıblar. Meydan sahibləri yalnız əsas vaxta əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən xilas olmağı bacarıblar. Beləcə, bu görüş heç-heçə bitib.

Bu heç-heçədən sonra “Mançester Yunayted” 39 xalla üçüncüdür. “Kristal Pelas” isə 23 xalla 12-ci sırada qərarlaşıb.

İngiltərə Premyer Liqası
7-ci turun oyunu
18 yanvar

Kristal Pelas – Mançester Yunayted 1:1
Qol: Maykl Olise, 90+1 – Bruno Fernandes, 44.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: