Premyer Liqa: “Mançester Yunayted” yenə xal itirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 24-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Vest Hem” doğma meydanda “Uotford”la, “Everton” isə “Nyukasl”la qarşılaşıb. Hər iki oyunda meydan sahibləri qələbəyə sevinib.

“Mançester Yunayted” bu turda “Bernli”nin qonağı olub. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Lider “Mançester Siti” “Brentford”la, “Liverpul” isə “Lester Siti” ilə üz-üzə gələcək.

Bu tur keçirilməli olan “Çelsi” – “Brayton” matçı London təmsilçisinin klublararası dünya çempionatı matçına görə başqa vaxta təxirə salınıb.

İngiltərə Premyer Liqası
24-cü tur
8 fevral

Vest Hem – Uotford 3:1
Qol: Holqeyt, 37-öz qapısına. Freyzer, 56. Trippyer, 80 – Lassels, 36-öz qapısına.

Nyukasl – Everton 1:0
Qol: Bouen, 68.

Bernli – Mançester Yunayted 1:1
Qol: X.Rodriqes, 47 – Poqba, 18.

9 fevral

23:45. Norviç Siti – Kristal Pelas
23:45. Mançester Siti – Brentford
23:45. Tottenhem – Sauthempton
00:00. Aston Villa – Lids

10 fevral

23:45. Vulverhempton – Arsenal
23:45. Liverpul – Lester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: