Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun və mövsümün açılış oyunu “Turan Tovuz”la “Qəbələ” arasında keçirilib. Tovuz şəhər stadionunda təşkil edilmiş görüşü Tural Qurbanov idarə edib. Görüş meydan sahiblərinin çətin qələbəsi ilə bitib.
Premyer Liqa
1-ci tur
14 avqust
“Turan Tovuz” – “Qəbələ” 1:0
Qol: Enrike Silva, 35.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
Tovuz şəhər stadionu, 19:30.
Turan Tovuz: 35. Aleksey Kenyaykin, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado (k), 7. Xorxe Silva, 19. Roberto Olabe, 33. Filip Damyanoviç, 8. David Tavares, 11. Dioqo Balau.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov , 88. Faiq Hacıyev, 66. Raul Məmmədov, 99. Sadiq Şəfiyev, 21. Stiv Beusnar.
Baş məşqçi: Kurban Berdıyev.
Qəbələ: 1. Səlahət Ağayev (k), 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 9. Karim Rossi, 7. Bruno Silva, 6. Xayme Syerra, 12. Kouya Mabea, 16. İsaak Amoa, 5. Natan Monzanqo, 80. Meşak Uboçioma, 3. Edson Eduardo.
Ehtiyat oyunçular: 32. Artur Motta, 94. Həbib Hüşənov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 81. Samir Ağayev, 2. Aqşin Yaqubov, 21. Ziya Şəkərxanov.
Baş məşqçi: Kaxaber Sxadadze.


