Premyer Liqa: MS bir günlük fasilədən sonra yenidən zirvədə

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 28-ci turundan təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

“Liverpul” doğma meydanda “Fulhem”lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 3 xalı tək qolla qazanılar. Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” isə “Vest Hem”i qəbul edib. “Şəhərlilər” 3 xalı 3 cavabsız qolla qazanıblar. Nəticədə Xosep Qvardiolanın yetirmələri yenidən vahid liderliyi ələ keçiriblər. Bu komandanın ehtiyatda daha bir oyunu var.

Beləliklə, hazırda 79 xala malik “Mançester Siti” vahid liderdir. “Arsenal” 78 xalla ikinci pillədə qərarlaşıbsa, “Nyukasl” 65 xalla üçüncüdür. “Mançester Yunayted”in 63, “Liverpul”un 59, “Tottenhem”lə “Aston Villa”nın 54, “Brayton”un 52, “Brentford”un 50, “Fulhem”in 45, “Kristal Pelas”ın 40, “Çelsi” və “Bornmut”un 39, “Vulverhempton”un 37 xalı var.

İngiltərə, Premyer Liqa
28-ci turun oyunları
3 may

Liverpul – Fulhem 1:0
Qol: Salah, 39-pen.

Mançester Siti – Vest Hem 3:0
Qol: Ake, 50. Haland, 70. Foden, 85.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: