Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün keçirilmiş ilk oyunda “Sumqayıt” “Neftçi”ni qəbul edib.
“Sumqayıt Arena”da baş tutmuş görüşü Kamal Umudlu idarə edib. Dörd qolun qeydə alındığı oyun “ağ-qaralar”ın inamlı qələbəsi ilə yekunlaşıb.
Premyer Liqa
1-ci tur
16 avqust
“Sumqayıt” – “Neftçi” 1:3
Qollar: Nadir Orucov, 87 – Breno Almeyda, 23; 55. Lyubomir Tupta, 31.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Sumqayıt Arena”, 19:00.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 17. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 9. Jeam Oliveyra, 4. İsa Suliman, 42. Sedrik Badolo, 55. Lukas Blek, 5. Renan Santana.
Ehtiyat oyunçular: 12. Aftandil Arixov, 34. Ülvi Abbaslı, 20. Ayxan Süleymanlı, 10. Ronaldo Vaskes, 11. Aleksa Yankoviç, 21. Tyaqo Almeyda.
Baş məşqçi: Filipe Kandido.
Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 3. Rüfət Abbasov, 77. Falaye Sako, 6. Sessi D Almeyda, 5. İqor Ribeyro, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 24. Mustafa Sek, 55. Endryu Qravilyon, 70. Andrey Ştoqrin, 20. Qustavo Klisman, 11. Alen Şkribek.
Baş məşqçi: Yuri Vernidub.


