Premyer Liqa: “Neftçi” “Qarabağ”a uduzdu, ilk dövrə yekunlaşdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, 9-cu turun, eləcə də birinci dövrənin son qarşılaşmasında “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edib.

Gərgin keçən Azərbaycan derbisi Ağdam təmsilçisinin qələbəsiylə yekunlaşıb. Son çempion səfərdə 2 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, daha öncə baş tutan oyunlarda “Zirə” “Turan Tovuz”a 2:1, “Sumqayıt” “Kəpəz”ə 1:0 hesabıyla qalib gəlmişdisə, “Qəbələ” evdə “Səbail”ə uduzmuşdu – 0:1. “Sabah” – “Araz-Naxçıvan” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Bununla da Azərbaycan çempionatında mövsümün 1-ci dövrəsi başa çatıb. “Zirə” 19 xalla birinci olubsa, eyni xal toplamış “Qarabağ” ikinci olub. İlk üçlüyü 17 xala malik “Səbail” qapayır.

Premyer Liqa
9-cu tur
8 oktyabr

“Neftçi” – “Qarabağ” 0:2
Qollar: Juninyo, 46. Redon Cica, 88.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Bakı. “Neftçi Arena”, 19:30.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki.
Baş məşqçi: Adrian Mutu.
Qarabağ: 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: