Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2022-2023 mövsümünün 10-cu turunun ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu oyununda “Səbail” və “Neftçi” komandaları üz-üzə gəliblər.
“Bayıl Arena”da baş tutan bu qarşılaşma da kifayət qədər məhsuldar alınıb. Altı qolun qeydə alındığı oyunun yekununda qonaqlar inamlı qələbəyə seviniblər.
Xatırladaq ki, 10-cu turun, eləcə də 2-ci dövrənin açılış oyununda “Turan Tovuz” doğma meydanda “Qarabağ”la məhsuldar heç-heçəyə razılaşmışdı – 2:2. Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Premyer Liqa
10-cu tur
20 oktyabr
“Səbail” – “Neftçi” 2:4
Qollar: David Qomis, 2. Aleksandr Ramalinqom, 79 – Azər Əliyev, 12. Ata Caber, 45+3. Yuri Matias, 87. Rəhman Hacıyev, 90+4.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
“Bayıl Arena”, 20:30.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
Neftçi: 1. İvan Brkiç (k), 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.


