Premyer Liqa: “Neftçi”, “Sabah” və “Zirə”dən vacib qələbə!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların iştirakı ilə baş tutan bu oyunların hamısına eyni saatda (17:00-da) start verilib. “Sabah” “Sumqayıt”ı, “Səbail” “Neftçi”ni, “Kəpəz” də “Zirə”ni qəbul edib. Bu altı komandadan yalnız “Səbail”lə “Kəpəz” avrokubok şansını itirmişdi. Qalan dörd komanda Avropa Konfrans Liqasında ölkəmizi təmsil etməyə əsas namizəddir.

Qeyd edək ki, “Sumqayıt” bu oyunlar ərəfəsində 54 xalla 2-ci, “Neftçi” 53 xalla 3-cü pillədə qərarlaşmışdı. 52 xalı olan “Zirə” və “Sabah” isə 4-cü və 5-ci pillələri bölüşürdülər. “Səbail”in 42, “Kəpəz”in 35 xalı vardı.

“Neftçi” “Səbail”ə səfərdə qalib gələrək 2-ci pilləyə yüksəlib. “Sabah” evdə “Sumqayıt”ı, “Zirə” isə səfərdə “Kəpəz”ni məğlub edib.

Bu nəticələrdən sonra “Neftçi” 56 xalla 2-ci, “Zirə” 55 xalla 3-cü, “Sabah” 55 xalla 4-cü, “Sumqayıt” 54 xalla 5-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 82 xalı olan “Qarabağ” başçılıq edir.

Xatırladaq ki, 35-ci turun ilk oyun günündə “Qarabağ” “Turan Tovuz”u 4:3 hesabıyla yenmişdi. Tura sabah keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
35-ci tur
17 may

“Sabah” – “Sumqayıt” 2:0

Qollar: Murad Xaçayev, 35-öz qapısına. Anatoli Nuriyev, 90+1.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
“Masazır Arena” 17:00

Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustəm Samiqullin, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 90. Oluvaseun Timilehin.
Baş məşqçi: Krunoslav Renduliç.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

“Səbail” – “Neftçi” 0:3

Qollar: Brayan Moreno, 69. Ataa Caber, 77. Qara Qarayev, 82.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı.
“Bayıl Arena”, 17:00.

Səbail: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 9. Aleksandr Ramalinqom, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Mark Tamaş, 23. Ataa Caber, 99. Ervin Koffi, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanskiy, 82. Rüfət Abbasov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

“Kəpəz” – “Zirə” 0:1

Qol: Salifu Suma, 49.
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu.
Tovuz şəhər stadionu, 17:00.

Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 33. Camal Cəfərov, 26. Adama Niane, 91. Latir Fall, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k).
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov.
Baş məşqçi: Adil Şükürov.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Məmməd Hüseynov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: