Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutacaq.
“Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib. Rəşad Əhmədovun idarə etdiyi görüşdə darmadağın qeydə alınıb. “Ağ-qaralar” qonaqları 5 cavabsız qolla üstələyiblər.
Xatırladaq ki, 2-ci turda “Sabah”ın “Sumqayıt”la, “Qarabağ”ın “Kəpəz”lə görüşləri avrokubok oyunları ilə əlaqədar olaraq təxirə salınıb. Keçirilmiş oyunlarda “Zirə” “İmişli”yə 3:1, “Şəfa” “Qəbələ”yə 1:0 hesabıyla qalib gəlib. “Turan Tovuz” – “Şamaxı” görüşündə isə qapılara qol vurulmayıb.
Premyer Liqa
2-ci tur
23 avqust
Neftçi – Araz-Naxçıvan 5:0
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Neftçi Arena” 20:45.
Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 3. Rüfət Abbasov, 77. Falaye Sako, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 55. Endryu Qravilyon, 20. Qustavo Klisman, 11. Alen Şkribek, 27. Draqolyub Saviç.
Baş məşqçi: Yuri Vernidub.
Araz-Naxçıvan: 1. Artur Auqusto, 29. Ceyhun Nuriyev, 2. Abdulla Rzayev, 8. Mustafa Əhmədzadə, 6. Patrik Andrade (k), 17. İssuf Paro, 11. Məhəmməd Mara, 36. Mamadu Kane, 12. Bruno Franko, 5. Luka Dumançiç, 19. Abdallah Sudi.
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 13. Qabil Əlizadə, 22. Rəşad Həsənov, 9. Ağadadaş Salyanski, 21. İbrahim Piriyev, 77. Nihat Mehralıyev, 27. Boyan Letiç, 10. Çarlz Boli, 23. Alberto Fernandes.
Baş məşqçi: Zaur İsmayılov.


