Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümününn 4-cü turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması “Neftçi” ilə “Qəbələ” arasında baş tutacaq.
Cari mövsümdə qələbəsi olmayan iki komandanın duelinə maraq böyük idi. “Ağ-qaralar” əvvəlki oyunlarından birində uduzub, ikisində heç-heçə etmişdisə, əyalət təmsilçisi ilk 3 matçının hamısında uduzmuşdu. Xala həsrət olan “Qəbələ” bu dəfə də uğursuz gedişata son qoya bilməyib. Hətta rəqibin ikinci yarının böyük hissəsini azlıqda keçirməsi də “Qəbələ”yə kömək etməyib. “Neftçi” isə ilk qələbəsini qazanmaqla autsayderlər qrupundan uzaqlaşıb.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçəyə razılaşmışdı – 1:1. “Turan Tovuz” evdə “Səbail”ə 1:3, “Sabah” isə “Zirə”yə 0:1 hesabıyla məğlub olmuşdu. Turun son matçında “Qarabağ”la “Kəpəz” üz-üzə gələcək. Son oyuna bu gün saat 20:45-də start veriləcək.
Premyer Liqa
4-cü tur
27 avqust
“Neftçi” – “Qəbələ” 2:0
Qollar: Rəhman Hacıyev, 45+3. Yuri Matias, 79.
Qırmızı vərəqə: Rza Cəfərov, 70.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
Bakı. “Neftçi Arena”, 18:30.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 25. Aaron Olanare, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.


