Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 25-ci turundan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında “Nyukasl” və “Brayton” komandaları üz-üzə gəliblər.
Beş qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Nyukasl” bu darmadağın sayəsində xallarının sayını 69-a çatdırıb və üçüncü pillədəki mövqeyini daha da möhkəmləndirib. Hazırda bu komanda yalnız lider “Mançester Siti” (85 xal) və “Arsenal”dan (81 xal) geri qalır. 4-cü pillədə olan “Mançester Yunayted” 66, beşinci pillədəki “Liverpul” isə 65 xal toplayıb. “Brayton” 58 xalla altıncıdır.
İngiltərə, Premyer Liqa
25-ci turun oyunu
18 may
Nyukasl – Brayton 4:1
Qollar: Undav, 22-öz qapısına. Burn, 45+4. K.Uilson, 90. Gimaraynş, 90+1 – Undav, 51.