Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçı Qəbələdə keçirilib. Burada “Qəbələ” ilk dövrədə 2 cavabsız qolla uduzduğu “Araz-Naxçıvan”la üz-üzə gəlib. Meydan sahiblərinin iki futbolçusunun qırmızı vərəqə aldığı görüşdə qonaqlar darmadağına seviniblər.
Xatırladaq ki, turun əvvəlki oyunlarından ikisi heç-heçə bitmişdi. “Turan Tovuz” – “Qarabağ” (2:2) və “Kəpəz” – “Zirə” (0:0) oyunlarında qalib müəyyənləşməyib. “Səbail” evdə “Neftçi”yə 2:4 hesabıyla uduzubsa, “Sabah” “Sumqayıt”ı 3:1 hesablı məğlubiyyətlə yola salıb.
Premyer Liqa
10-cu tur
22 oktyabr
“Qəbələ” – “Araz-Naxçıvan” 1:4
Qollar: Samuel Tetteh, 37 – Turan Manafov, 32. Məhəmməd Kadiri, 44. Elvis Maşike, 69. Miço Kuzmanoviç, 71.
Qırmızı vərəqələr: İlkin Qırtımov, 28. Osama Xalayla, 60.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev.
Qəbələ şəhər stadionu, 16:30.
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 34. Ürfan Abbasov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 10. Omar Hani.
Baş məşqçi: Elmar Baxşıyev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike.
Baş məşqçi: Azər Bağırov.



