Premyer Liqa: “Qəbələ” “Neftçi”yə, “Sabah” “Zirə”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) “Zəfər turu” adı verilən 12-ci turun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı “Qəbələ” ilə “Neftçi” arasında baş tutacaq. Sonuncu qarşılaşmada isə “Sabah”la “Zirə” üz-üzə gələcək.

“Qəbələ” ilə “Neftçi” bu günə qədər 60 oyun keçiriblər. Əvvəlki oyunlarda “Neftçi”nin 18, “Qəbələ”nin isə 28 qələbəsi var. Bu komandaların 14 görüşü də heç-heçə başa çatıb. “Neftçi” son iki oyunda qol vurub. “Qəbələ” evdəki son iki matçda qalib gəlməyib.

“Sabah”la “Zirə” də bugünədək 20 oyunda üz-üzə gəliblər. Statistika “Sabah”ın üstünlüyünü göstərir. “Bayquşlar” əvvəlki görüşlərdə 9, “qartallar” 5 qələbə qazanblar, 6 görüş də heç-heçə tibi. “Zirə” son iki oyunda qol buraxmayıb. “Sabah” evdəki son 5 matçda uduzmayıb.

Premyer Liqa
“Zəfər turu” (12-ci tur)
3 noyabr

“Səbail” – “Turan Tovuz” 2:1
Qollar: Rüfət Abdullazadə, 47. Aleksandr Ramalinqom, 78-pen. – Otto Con, 27.
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Bayıl Arena”, 19:00.

4 noyabr

“Qarabağ” – “Kəpəz” 7:1
Qollar: Yassin Benzya, 2; 16; 43. Leandro Andrade, 13; 52. Olavio Juninyo, 37. Nəriman Axundzadə, 63 – Adama Niane, 18.
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.

“Sumqayıt” – “Araz-Naxçıvan” 2:0
Qollar: Rövlan Muradov, 16. Roi Kehat, 69.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena”, 18:00.

5 noyabr

“Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Şirmamed Mamedov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu, 16:00.

“Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
“Masazır Arena”, 18:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: