Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 3-cü turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar indiyə qədər 43 oyunda üz-üzə gəliblər ki, bunların 25-də “Qəbələ”, 5-də “Sumqayıt” 3 xala sevinib. 13 qarşılaşma isə bərabərliklə yekunlaşıb. “Sumqayıt” son 8 görüşdə bu rəqibinə qalib gəlməyib. “Qəbələ” son 7 qarşılaşmaın hamısında qol vurub.
Günün digər oyunu “Səbail”lə “Zirə” arasında baş tutacaq. Bu komandaların görüşündə də “Zirə”ni üstünlüyü diqqət çəkir. “Qartallar” 15 oyunda qələbə qazanıblarsa, “dənizçilər” cəmi 4 dəfə buna nail olublar. “Zirə” son 9 görüşün yalnız birində qələbə qazana bilməyib. “Səbail” son iki qarşılaşmada qol vurub.
Xatırladaq ki, 3-cü turun açılış matçı ötən gün Gəncədə keçirilib. Burada yerli “Kəpəz” digər qərb təmsilçisi “Turan Tovuz”a 0:2 hesabıyla məğlub olub. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Premyer Liqa
3-cü tur
18 avqust
“Kəpəz” – “Turan Tovuz” 0:2
Qollar: Martin Petrov, 18. Belaydi Pusi, 21.
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Cavanşir Yusifov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu, 17:00.
19 avqust
“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 18:00.
“Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASCO Arena”, 20:00.
20 avqust
“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Azərsun Arena”, 18:00.
“Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabbarov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Masazır. “Bank Respublika Arena”, 20:00.


