Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış oyununda “Qarabağ” “Şamaxı” ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilmiş oyunun baş hakimi Rəvan Həmzəzadə olub. Ağdam təmsilçisi dörd qolun qeydə alındığı bu matçda inamlı qələbəyə sevinib.
Xatırladaq ki, ilk turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”yə (1:0), “Sabah” “Kəpəz”ə (2:0), “Zirə” “Şəfa”ya (2:0) qalib gəlib. “Araz-Naxçıvan” – “İmişli” matçı qolsuz bitib. “Sumqayıt” isə evdə “Neftçi”yə (1:3) məğlub olub.
Premyer Liqa
1-ci tur
17 avqust
“Qarabağ” – “Şamaxı” 3:1
Qollar: Renaldo Sefas, 28. Rikardo Apolinario, 59-öz qapısına. Aleksey Kaşuk, 85 – Edqar Adilxanov, 43.
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.
Qarabağ: 99. Mateus Koxalski, 22. Musa Qurbanlı, 20. Kadi Borges (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 9. Xoni Montiel, 29. Renaldo Sefas, 25. Cebrail Makreçkis, 7. Jali Muaddib, 88. Samuel Lobato, 4. Bense Varkonyi.
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç, 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 8. Marko Yankoviç, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo.
Baş məşqçi: Qurban Qurbanov.
Şamaxı: 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. Edqar Adilxanov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Buali, 3. Jota, 19. Abdullahi Şuaybu, 4. Rui Paçeko, 52. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə, 9. Tornike Axvlediani, 8. Teşaqer Dequ.
Baş məşqçi: Azər Bağırov.


