Premyer Liqa: “Qarabağ” “Səbail”ə 3 cavabsız qolla qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşması Suraxanıda baş tutub.

Günün sonuncu oyununda lider “Qarabağ”la çempionatın autsayderi “Səbail” üz-üzə gəlib. Ağdam təmsilçisi ev oyununda darmadağına sevinib. Qurban Qurbanovun komandası bu qələbə sayəsində zirvədəki mövqeyini də möhkəmləndirib.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Kəpəz” – “Zirə” matçında qalib müəyyənləşməmişdi – 1:1. Liderin əsas izləyicisi “Sabah” “Sumqayıt”a 4:0 hesabıyla qalib gəlmişdi. Bu gün baş tutan ilk matçda (“Turan Tovuz” – “Qəbələ”) da heç-heçə qeydə alınmışdı – 1:1. Tura sabah keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
26-cı tur
11 mart

“Qarabağ” – “Səbail” 3:0
Qol: Elvin Cəfərquliyev, 24. Musa Qurbanlı, 34. Julio Romao, 53.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə.
Bakı. “Azersun Arena”, 18:00.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: