Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.
Turun açılış matçında son çempion “Qarabağ” doğma meydanda “Sumqayıt”la münasibətlərini ayırd edəcək. Bu görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək.
“Qarabağ”la “Sumqayıt” indiyə qədər ölkə çempionatlarında 43 dəfə qarşılaşıblar. 32 oyunda Ağdam klubu, 6-da Sumqayıt təmsilçisi qələbə qazanıb. 5 qarşılaşma heç-heçə yekunlaşıb. Topların nisbətində də “köhlən atlar”ın əzici üstünlüyü var – 103:21. Qonalqar bu rəqibə qarşı Premyer Liqadakı son 9 görüşün hamısında qapılarında qol görüblər. Ölkə çempionunun son üç ev oyununda 3 və ya da çox qol qeydə alınıb.
“Sumqayıt” “Qarabağ”ı səfərdə yalnız iki dəfə məğlub etməyə nail olub. Bunlardan ilki 2011-ci il noyabrın 5-nə, digəri isə ötən mövsüm mayın 22-nə təsadüf edib. Hər iki görüşdə “kimyaçılar” 2:1 hesablı qələbəyə seviniblər. Ağdamlılar ev matçlarının 19-da qalib gəliblər və yalnız birində sülhə razılaşıblar.
Bu turun “Turan Tovuz” – “Neftçi” və “Səbail” – “Sabah” qarşılaşmaları sabah keçiriləcək. “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” görüşləri isə bazar gününə təsadüf edəcək.
Premyer Liqa
8-ci tur
29 sentyabr
“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Azərsun Arena”, 20:00.
30 sentyabr
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu, 16:00.
“Səbail” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASCO Arena”, 18:00.
1 oktyabr
“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu, 16:00.
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Dalğa Arena”, 18:30.


