Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ilk oyun gününün ikinci görüşü Sumqayıtda keçirilib.
10 oyundur qol və qələbə üzünə həsrət qalmış “Sumqayıt”la lider “Qarabağ”ı qəbul edib. Sözügedən komandalar yubiley – 50-ci görüşdə üz-üzə gəliblər. Əvvəlki 49 oyunda “Sumqayıt” cəmi 7 qələbə qazanmışdısa, “Qarabağ” 37 dəfə 3 xala sevinmişdi. 5 görüşdə isə heç-heçə qeydə alınmışdı. Son 4 qarşılaşmada qol vuran komanda qalib gəlmişdi. “Sumqayıt”ın son iki ev görüşünün hərəsində bir qol qeydə alınmışdı.
Bu görüşdə isə “Qarabağ” inamlı qələbəyə sevinib. Beləcə, “Sumqayıt”ın qələbə və qol həsrəti 11 oyuna çatıb.
“Qarabağ” hazırda 60 xalla zirvədə qərarlaşıb. Ardıcıl dörd oyundur uduzan “Sumqayıt” isə 22 xalla 8-ci pillədədir.
Premyer Liqa
25-ci tur
3 mart
“Sumqayıt” – “Qarabağ” 0:2
Qollar: Kadi Borges, 31. Leandro Andrade, 38.
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
Sumqayıt: 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobir Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 11. Momo Yansane, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 2. Mateus Silva, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.


