Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Üç günü əhatə edəcək 16-cı turun açılış matçı Sumqayıtda keçirilib. Burada şəhərin eyniadlı komandası son ölkə çempionu “Qarabağ”la üz-üzə gəlib.
Ağdam klubu bu oyunda meydan sahiblərini böyük hesabla məğlub edib. Bu komandaların ilk dövrədəki oyununda da “Qarabağ” 5:0 hesablı qələbəyə sevinmişdi.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu nəticədən sonra 35 xalla zirvədə qərarlaşıb. “Sumqayıt” isə 23 xalla üçüncü sıradadır.
Bu turun “Qəbələ” – “Kəpəz” və “Zirə” – “Araz-Naxçıvan” oyunları dekabrın 9-da keçiriləcək. “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” matçları isə ayın 10-da baş tutacaq.
Premyer Liqa
16-cı tur
8 dekabr
“Sumqayıt” – “Qarabağ” 1:6
Qollar: Erik Sorqa, 43 – Leandro Andrade, 21; 73. Olavio Juninyo, 29. Abdullah Zubir, 33. Yassin Benzya, 58. Hamidu Keyta, 86.
“Sumqayıt Arena”, 19:30.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 58. Oktavio Manteka.
Məşqçi: Mübariz Orucov.
Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.


