Premyer Liqa: “Qarabağ” Tovuzda 4 qola sevindi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turuna start verilib.

Arena.az xəbər verir ki, milli komandaların oyunlarına görə çempionatda yaranmış fasilə başa çatıb.

Fasilədən sonrakı ilk turun ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Turan Tovuz” doğma meydanda lider “Qarabağ”la münasibətlərinə aydınlıq gətirib.

Bu, sözügedən komandaların Premyer Liqa çərçivəsindəki 12-ci qarşılaşması idi. Əvvəlki 11 oyunda “Turan Tovuz” 2, “Qarabağ” 7 qələbə qazanmışdı, 2 görüş isə bərabərliklə yekunlaşmışdı. “Turan Tovuz” 3 matçdır bu rəqibinə uduzmurdu. “Qarabağ” səfərdə Tovuz təmsilçisinə heç vaxt məğlub olmamışdı.

Elə beş qolun qeydə alındığı bu oyunda da Ağdam təmsilçisi uğurlu seriyasını davam etdirib. “Qarabağ” çətin səfərdə 4:1 hesablı darmadağına sevinib.

Bu nəticədən sonra “Qarabağ” hazırda 67 xalla Premyer Liqanın vahid lideridir. Son dörd turda 3 məğlubiyyət, 1 heç-heçə görmüş Tovuz klubu isə 43 xalla dördüncüdür.

Premyer Liqa
28-ci tur

28 mart

“Turan Tovuz” – “Qarabağ” 1:4
Qollar: Aleks Souza, 30 – Kadi Borges, 16-pen; 84. Nəriman Axundzadə, 32. Aleksey Kaşuk, 90+1.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 19:30.

Turan Tovuz: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.

Qarabağ: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: