Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 31-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk oyun gününün ikinci oyunu lider “Qarabağ”la avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” arasında baş tutub.
Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib. Meydan sahiblərinin iki ardıcıl qoluna qonaqlar da qısa zamanda cavab verməyi bacarıblar. Yekunda tərəflər meydanı hərəyə 2 qol və 1 xalla tərk ediblər.
Xatırladaq ki, bu gün baş tutan turun açılış matçında da “Şamaxı” ilə “Kəpəz” komandaları heç-heçəyə razılaşmışdılar – 1:1.
Bu turun “Turan Tovuz” – “Sabah” və “Səbail” – “Neftçi” oyunları sabah keçiriləcək. Tura aprelin 23-də baş tutacaq “Sumqayıt” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
31-ci tur
21 aprel
“Qarabağ” – “Zirə” 2:2
Qol: Marko Yankoviç, 54. Ramil Şeydayev, 59 – Hamidu Keyta, 62. Vladislav Kulaç, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamran Əliyev.
“Azersun Arena”, 20:00.
Qarabağ: 23. Luka Quqeşaşvili, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 7. Yassin Benzya, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 9. Loris Broqno, 19. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.


