Premyer Liqa: “Qarabağ”dan “Sumqayıt”a 5 cavabsız qol!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında son çempion “Qarabağ” doğma meydanda “Sumqayıt”la münasibətlərini ayırd edib. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma Ağdam klubu üçün uğurlu alınıb. Belə ki, çempion bu oyunda 5 cavabsız qolla qalib gəlib və lider “Zirə” ilə xallarını (16) bərabərləşdirib.

Bu turun “Turan Tovuz” – “Neftçi” və “Səbail” – “Sabah” qarşılaşmaları sabah keçiriləcək. “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” görüşləri isə bazar gününə təsadüf edəcək.

Premyer Liqa
8-ci tur
29 sentyabr

“Qarabağ” – “Sumqayıt” 5:0
Qollar: Olavio Juninyo, 22; 27. Toral Bayramov, 42-pen. Leandro Andrade, 44. Abdullah Zubir, 50.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Azərsun Arena”, 20:00.

Qarabağ: 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 6. Julio Romao.
Məşqçi: Elçin Rəhmanov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 71. Masaki Murata.
Məşqçi: Seymur Rəhimov.

Xəbəri sosial şəbəkələrdə paylaş: