Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə keçirilməsi nəzərdə tutulan iki qarşılaşmadan biri artıq başa çatıb.
Turun açılış matçında lider “Qarabağ” səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi rəqibini böyük hesabla məğlub edib.
Günün digər matçı “Zirə” ilə “Sabah” arasında keçiriləcək. “Neftçi” – “Kəpəz” və “Səbail” – “Turan Tovuz” oyunları sabah baş tutacaq. 27-ci tura martın 17-də keçiriləcək “Qəbələ” – “Şamaxı” qarşılaşması ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
27-ci tur
15 mart
“Sumqayıt” – “Qarabağ” 0:6
Qollar: Leandro Andrade, 7; 49. Musa Qurbanlı, 12; 45+3. Abdullah Zubir, 21. Səbuhi Abdullazadə, 88-öz qapısına.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı
“Sumqayıt Arena”, 18:00.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 56. Ayxan Qocayev, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Kamran Əliyev
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.


