Premyer Liqa: “Səbail”dən “Qarabağ” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun son matçında “Səbail” son çempion “Qarabağ”ı qəbul edib.

Üç qolun qeydə alındığı bu matçda hesabı Ağdam təmsilçisi açıb. Amma erkən qola baxmayaraq, ruhdan düşməyən “dənizçilər” nəinki hesabı bərabərləşdirə, hətta önə də keçə biliblər. Aleksandr Ramalinqomun dublu “Qarabağ” üzərində əzmkar qələbə üçün yetərli olub. Beləcə, ötən mövsümün qalibi olan Ağdam təmsilçisi artıq 5 tur ərzində 2-ci məğlubiyyətinə üzülüb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”a (0:3), “Sumqayıt” “Neftçi”yə (0:1) məğlub olmuşdu. “Qəbələ” “Zirə” üzərində qələbəyə (1:0) sevinmişdisə, bu gün baş tutan ilk oyunda da “Kəpəz” evdə “Araz-Naxçıvan”a uduzmuşdu.

Premyer Liqa
5-ci tur
3 sentyabr

“Səbail” – “Qarabağ” 2:1
Qollar: Aleksandr Ramalinqom, 17-pen; 41 – Hamidu Keyta, 3.
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov.
“ASCO Arena”, 19:30.

Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, 6. Cabir Əmirli, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: