Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 33-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.
Burada yerli “Sumqayıt”la “Səbail” komandaları üz-üzə gəliblər. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma ruhdan düşməyən qonaqlar son 20 dəqiqədə ardıcıl 3 qol vurmaqla əzmkar qələbəyə seviniblər.
Xatırladaq ki, bu gün baş tutan ilk oyunda “Turan Tovuz” doğma meydanda “Neftçi”yə 4 cavabsız qolla qalib gəlmişdi. Əvvəlki günlərdə isə “Kəpəz” “Sabah”a, “Şamaxı” isə “Zirə”yə 0:3 hesabıyla uduzmuşdu. Tura sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
33-cü tur
7 may
“Sumqayıt” – “Səbail” 1:3
Qol: Todor Todoroski, 36 – Matiya Lyuyiç, 70; 73. Franko Mazurek, 89.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Səbuhi Bayramov.
“Sumqayıt Arena”, 19:00.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 9. Mirabdulla Abbasov, 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev.


