Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında “Səbail” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək. Mövsümə uğursuz başlamış bu iki komanda ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq. Üç oyuna cəmi bir heç-heçəsi olan “Səbail” hazırda 10 iştirakçı arasında 9-cu sırada qərarlaşıb. Hər üç oyunundan məğlubiyyətlə ayrılmış “Kəpəz” isə həm də xal hesabını açmaq arzusundadır.
“Səbail”lə “Kəpəz” bu günə qədər çempionatda 12 oyunda üz-üzə gəliblər. Bu oyunlarda “dənizçilər” 6, gəncəlilər 3 qələbə qazanıblar. Qalan 3 oyun bərabərliklə yekunlaşıb. “Səbail” son 4 matçda bu rəqibinə uduzmayıb. “Kəpəz” isə səfərdə heç vaxt qələbə qazanmayıb.
Premyer Liqa
4-cü tur
23 avqust
19:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”.
24 avqust
18:15. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azərsun Arena”.
20:30. “Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. “Dalğa Arena”.
25 avqust
18:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”.
20:30. “Zirə” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Zirə İdman Kompleksinin stadionu.


