Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 2-ci turundan təxirə salınmış oyun keçirilib.
Arena.az xəbər verir ki, “Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edib.
Bu komandalar arasında ilk dövrədə keçirilməli olan görüş paytaxt klubunun avrokubokda iştirakı səbəbindən təxirə salınmışdı. Tərəflər cəmi dörd gün əvvəl ikinci dövrənin açılış oyununda üz-üzə gəlmişdilər. Həmin oyunda “Sabah” qələbə qazanmışdı – 3:1. Bu gün isə “Sumqayıt” azarkeşlərinin də dəstəyi sayəsində həmin məğlubiyyəti unutdurmağa çalışıb.
Turnir cədvəlində 7-8-ci yerlərdə qərarlaşan rəqiblərdən kim qalib gəlsə, turnir mövqeyini azı bir pillə yaxşılaşdıracaq, həmçinin biri digəri üzərində üstünlük əldə edəcəkdi.
“Sumqayıt”la “Sabah” bu günə qədər 20 oyunda üz-üzə gəlmişdilər. Bu oyunlarda “kimyaçılar” 6, “bayquşlar” 11 qələbə qazanmışdılar, 3 görüşdə isə heç-heçə qeydə alınmışdı. Son üç görüşün hərəsində 4 qol vurulmuşdu. 8 oyundur uduzmayan “Sabah” son 5 matçda üç və ya daha çox qol vuraraq qalib gəlmişdi.
Bu gün keçirilən oyunda isə “Sumqayıt” qələbə qazanıb. Meydan sahibləri erkən vurduqları qol sayəsində əldə etdikləri üstünlüyü sonadək qoruyublar.
Premyer Liqa
2-ci turun oyunu
25 oktyabr
“Sumqayıt” – “Sabah” 0:1
Qol: Kamran Əliyev, 4.
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena”.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.


