Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması “Sabah”la “Sumqayıt” arasında baş tutub.
Masazırda baş tutan oyunda hesabı qonaqlar açıblar. Amma qalan dəqiqələrdə ardıcıl üç qol vuran “qartallar” məğlubiyyətdən xilas ola və 3 xal qazana biliblər. Beləcə, “Sabah” 7 oyunluq qələbəsiz seriyaya son qoyub.
Xatırladaq ki, ilk oyun günündə “Turan Tovuz”la “Qarabağ”ın görüşü 2:2 hesabıyla bitmişdi. “Səbail” isə evdə “Neftçi”yə uduzmuşdu – 2:4. Bu gün baş tutan “Kəpəz” – “Zirə” oyununda isə qapılara qol vurulmamışdı – 0:0.
Premyer Liqa
10-cu tur
21 oktyabr
“Sabah” – “Sumqayıt” 3:1
Qollar: Con İrasabal, 54. Namiq Ələsgərov, 81. Davit Volkov, 90+6 – İsa Suliman, 9.
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu.
“Masazır Arena”, 18:00.
Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 77. Namiq Ələsgərov, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
Sumqayıt: 15. Orxan Sadıqlı, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 12. Abu Dosso, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.


