Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, günün sonuncu matçı Bayılda baş tutub.
Mövsümə uğurlu başlamış “Səbail” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Beləcə, meydan sahiblərinin 4 oyunluq qələbə seriyası qırılıb. Masazır təmsilçisinin qələbəsiz seriyası isə davam edir. Murad Musayevin yetirmələri 5 oyundur qələbəyə həsrətdir.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sumqayıt”a 5 cavabsız qolla qalib gəlmişdi. Bu gün baş tutan ilk oyunda isə “Neftçi” “Turan Tovuz”a səfərdə qalib gəlmişdi – 1:0. “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” oyunları isə sabah baş tutacaq.
Premyer Liqa
8-ci tur
30 sentyabr
“Səbail” – “Sabah” 2:2
Qollar: Yusif Nəbiyev, 28. Adi Mehremiç, 87 – Emmanuel Apeh, 41-pen. Anatoli Nuriyev, 83.
Qırmızı vərəqə: Boyan Letiç, 90+5.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov.
Bakı. “Bayıl Arena”, 18:00.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 99. David Qomis.
Baş məşqçi: Şahin Diniyev.
Sabah: 1. Yusif İmanov, 77. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vensan Till.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 18. Davit Volkov, 70. Jesse Sekidika, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.


