Premyer Liqa: “Sabah” Sumqayıtda 4 cavabsız qola sevindi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 34-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında elitada qalmaq uğrunda mübarizə aparan “Sumqayıt” artıq gümüş medalları və Avropa Konfrans Liqasına vəsiqəni təmin etmiş “Sabah”la üz-üzə gəlib. Qonaqlar bu görüşdə darmadağınla qalib gəliblər.

Əslində bu oyun mayın 14-də keçirilməli idi. Lakin “Sabah” mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Türkiyənin “Beşiktaş” komandası ilə yoxlama oyununda üz-üzə gəldiyi üçün, “Sumqayıt”la qarşılaşmanın bir qədər ertələnməsini xahiş etmişdi. Peşəkar Futbol Liqası da paytaxt klubunun bu istəyini və sumqayıtlıların razılığını əsas götürərək, Premyer Liqa matçını mayın 17-nə təyin etmişdi.

Xatırladaq ki, bu turun əvvəlki oyunlarında “Zirə” “Kəpəz”lə, “Neftçi” də “Şamaxı” ilə oxşar hesablı (1:1) heç-heçəyə razılaşmışdı. “Qəbələ” “Turan Tovuz”a (1:2), “Səbail” isə “Qarabağ”a (0:3) məğlub olmuşdu.

Azərbaycan Premyer Liqası
34-cü tur
17 may

“Sumqayıt” – “Sabah” 0:4
Qollar: Con İrasabal, 34. Davit Volkov, 44. Kristian da Silva, 45+1. Kristian Sebalyos, 72.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev.
“Kapital Bank Arena”, 19:30.

Sumqayıt: 25. İlnur Vəliyev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 22. Dieqo Karioka, 23. Kamran Əliyev, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel.
Baş məşqçi: Samir Abasov.

Sabah: 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos.
Baş məşqçi: Murad Musayev.