Premyer Liqa: “Sabah” Tovuzdan 1 xalla qayıtdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 14-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşü Tovuzda “Turan Tovuz”la “Sabah” arasında keçirilib.

Son iki turda qələbəsiz qalan və heç-heçələrlə kifayətlənən Tovuz təmsilçisi doğma meydanda 3 xal həsrətinə son qoymaq istəyirdi. “Sabah” isə 6 oyundur qələbəyə həsrət idi. Krunoslav Renduliçin kollektivi bu görüşlərdə 2 məğlubiyyət, 4 heç-heçə görmüşdü.

Komandaların qələbə həsrəti bu turda da bitməyib. Tovuzluların hesabı açdığı oyunda bakılılar məğlubiyyətdən xilas ola biliblər. Yekunda tərəflər heç-heçəyə razılaşıblar.

Premyer Liqa
14-cü tur

24 noyabr

“Turan Tovuz” – “Sabah” 1:1
Qollar: Otto Con, 46 – Coy Lens Mikels, 67.
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Tural Qurbanov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 17:00.

Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 80. Otto Con, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi.
Baş məşqçi: Kurban Berdiyev.

Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalaov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulla Xaybulayev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 94. Rəvan Mirzəmmədov, 10. Namiq Ələsgərov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 15. Seymur Məmmədov, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 18. Pavol Şafranko.
Baş məşqçi: Krunoslav Renduliç.