Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun daha bir qarşılaşması baş tutub. Arena.az xəbər verir ki, günün ikinci oyunu Zirədə keçirilib.
Burada “Zirə” ilə lider “Qarabağ”ın əsas izləyicisi “Sabah” üz-üzə gəlib. Qonaqlar çətin səfərdən inamlı qələbə ilə qayıdıblar.
Xatırladaq ki, bu gün turun ilk oyununda “Qarabağ” səfərdə “Sumqayıt”a 6:0 hesabıyla qalib gəlmişdi. “Neftçi” – “Kəpəz” və “Səbail” – “Turan Tovuz” oyunları sabah keçiriləcək. Tura martın 17-də keçiriləcək “Qəbələ” – “Şamaxı” qarşılaşması ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
27-ci tur
15 mart
“Zirə” – “Sabah” 0:2
Qollar: Davit Volkov, 52. Coy Lens Mikels, 62.
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu, 20:30.
Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Ancelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 96. Donald Gerye, 9. Loris Bronyo, 19. Vladislav Kulaç, 47. Məhəmməd Hamdaui, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.


