Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Masazırda keçirilib.
Burada “Sabah” “Sumqayıt”ı qəbul edib. Bu yay Azərbaycanı avrokuboklarda təmsil edən, amma mübarizəni dayandırmış komandaların görüşü məhsuldar alınıb.
Əvvəlki 23 oyunda paytaxt klubu 13, Sumqayıt təmsilçisi 7 qələbə qazanmışdı, 3 heç-heçə qeydə alınmışdı. “Sabah” bütün ev oyunlarında qol vurmuşdu. “Sumqayıt” son 4 səfərdə xal qazanmamışdı.
Bugünkü matçda hesabı “Sumqayıt” açıb. Amma qalan dəqiqələrdə 3 qol vuran “Sabah” yekunda əzmkar qələbəyə sevinib.
Premyer Liqa
4-cü tur
25 avqust
“Sabah” – “Sumqayıt” 3:1
Qollar: Namiq Ələsgərov, 43. Pavol Şafranko, 54. Jesse Sekidika, 77 – Fernando Da Silva, 12.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”.
Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Ələkbərov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 3. Slaviça Radoviç, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.


