Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 9-cu turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, birinci dövrənin sonuncu turunun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
“Qəbələ” doğma meydanda bu mövsümün sürpriz komandasına çevrilən “Səbail”i qəbul edəcək. Turnir cədvəlinin 3-cü pilləsində yer alan “dənizçilər” liderlər qrupunda qalmaq üçün Qəbələdən xal və xallarla dönməyi hədəfləyib. Amma “Səbail” 4 qarşılaşmadır bu rəqib üzərində qələbə qazanmır. “Qəbələ” son 4 görüşdə ən azı 2 qol vurub. Bütövlükdə isə bu komandalar indiyə qədər 23 oyun keçiriblər. Bu görüşlərdə “Qəbələ” 12, “Səbail” 5 qələbə qazana bilib, 6 görüş heç-heçə yekunlaşıb.
Günün sonuncu matçı “Sabah”la “Araz-Naxçıvan” arasında baş tutacaq. Bu komandalar indiyədək çempionatda qarşılaşmayıblar.
Premyer Liqa
9-cu tur
6 oktyabr
“Zirə” – “Turan Tovuz” 2:1
Qollar: Salifu Suma, 34. Qismət Alıyev, 77 – Denis Marandiç, 74.
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu.
7 oktyabr
16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Qəbələ şəhər stadionu.
18:00. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”.
8 oktyabr
16:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena”.
19:30. “Neftçi”– “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Neftçi Arena”.


