Premyer Liqa: “Şamaxı” Tovuzda da uduzsa…

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 16-cı turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

“Turan Tovuz” doğma meydanda digər əyalət təmsilçisi “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma qonaqların baş məşqçisi Ayxan Abbasovun vaxtilə çalışdığı Tovuza bu dəfə qonaq qismində qayıtması ilə əlamətdar olacaq.

Həm “Turan Tovuz”, həm də “Şamaxı” son oyunlarında qələbə qazana bilmir. Tovuz təmsilçisi son 4 oyununda 3 heç-heçə edib, ötən tur isə bu komanda “Araz-Naxçıvan”a məğlub olub.

“Şamaxı” isə 8 oyundur 3 xala həsrətdir. Ayxan Abbasovun komandası bu görüşlərdə cəmi 2 dəfə heç-heçə edib, qalan 6 oyunda məğlubiyyətə üzülüb. Tovuzda qeydə alınacaq növbəti məğlubiyyət “Şamaxı” rəhbərliyinin baş məşqçi postu ilə bağlı sərt qərar qəbul etməsi ilə nəticələnə bilər.

Premyer Liqa
16-cı tur

7 dekabr

“Səbail” – “Araz-Naxçıvan” 0:2
Qollar: Ramon Maçado, 45+2-pen. Bernardo Dias, 56.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Bayıl Arena”. 15:00.

“Sabah” – “Qarabağ” 1:1
Qollar: Neqoş Kupusoviç, 49 – Nəriman Axundzadə, 67.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Masazır Arena”. 18:00.

8 dekabr

“Kəpəz” – “Zirə” 0:4
Qollar: Salifu Suma, 32. Georgi Papunaşvili, 45+2. İssa Cibrilla, 48. Elçin Əlicanov, 73.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu. 16:00.

“Sumqayıt” – “Neftçi” 2:0
Qollar: Kamran Quliyev, 20. Cordan Rezabala, 43.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

9 dekabr

19:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: