Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu matçında matçında “Sumqayıt” “Neftçi” ilə üz-üzə gəlib.
Bu mövsüm məğlubiyyətin acısını hələ dadmayan “gənclik şəhəri” təmsilçisi bakılılara da boyun əyməməyə səy göstərib. Keçirdiyi 4 oyunda cəmi 5 xal əldə edərək 5-ci pillədə qərarlaşan “ağ-qaralar” isə zirvədən aralı düşməmək üçün səfərdən qalib dönmək arzusundaydı. Yekunda qələbə də məhz qonaq komandaya qismət olub. Nəticədə “Zirə”nin ardınca “Sumqayıt” da ilk məğlubiyyət acısını dadıb və Premyer Liqanın cari mövsümündə məğlubiyyətsiz komanda qalmayıb.
Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Turan Tovuz”a 0:3 hesabıyla məğlub olmuşdu. Lider “Zirə” isə bu gün “Qəbələ”yə səfərdə 0:1 hesabıyla uduzmuşdu. “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” görüşləri də sabah baş tutacaq.
Premyer Liqa
5-ci tur
2 sentyabr
“Sumqayıt” – “Neftçi” 1:0
Qol: Dieqo Valdes, 74.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu
“Sumqayıt Arena”, 20:30.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 16. Tural Axverdiyev, 11. Kazimir Ninqa, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 41. Samir Həsənov, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.


