Premyer Liqa: “Sumqayıt” “Kəpəz”ə də uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçı Sumqayıtda keçirilib. Burada yerli “Sumqayıt” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib.

Autsayderlər qrupunda qərarlaşmasına baxmayaraq, “Kəpəz” son turda “Qəbələ”yə qalib gəlmişdi. “Sumqayıt” isə üç tur idi 3 xala həsrətiydi. “Zirə” və “Turan Tovuz”la heç-heçələrdən sonra “Qarabağ”a uduzan sumqayıtlılar bu dəfə doğma meydanda “Kəpəz”ə qalib gəlməklə uğursuz gedişata son qoymaq və 2-ci pillədə qalmaq arzusundaydılar.

Amma uğursuz gedişat “Kəpəz”lə matçda da davam edib. Dörd qolun vurulduğu oyunda Gəncə təmsilçisi inamlı qələbəyə sevinib.

Misli Premyer Liqası
25-ci tur
1 mart

“Sumqayıt” – “Kəpəz” 1:3
Qollar: İsa Suliman, 80 – Vüsal Məsimov, 20. Mate Kvirkviya, 62. Rüfət Əhmədov, 90+5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 4. İsa Suliman, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 23. Cordan Rezabala.
Baş məşqçi: Samir Abasov.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: