Premyer Liqa: “Sumqayıt” “Kəpəz”i qəbul edir

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçı Sumqayıtda keçiriləcək. Burada yerli “Sumqayıt” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.

Autsayderlər qrupunda qərarlaşmasına baxmayaraq, “Kəpəz” son turda “Qəbələ”yə qalib gəlib. “Sumqayıt” isə üç turdur 3 xala həsrətdir. “Zirə” və “Turan Tovuz”la heç-heçələrdən sonra “Qarabağ”a uduzan sumqayıtlılar indi doğma meydanda “Kəpəz”ə qalib gəlməklə uğursuz gedişata son qoymağa və 2-ci pillədə qalmağa çalışacaqlar.

“Sumqayıt”la “Kəpəz” bu günə kimi 26 oyun keçiriblər. Bu görüşlərdə “Sumqayıt” 11, “Kəpəz” 6 qələbə qazanıb, 9 oyun isə heç-heçə yekunlaşıb. “Sumqayıt” son 5 matçda qol vurub. “Kəpəz” son 3 oyunda qələbə qazanmayıb.

Premyer Liqa
25-ci tur
1 mart

“Sumqayıt” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

2 mart

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Masazır Arena”, 18:30.

3 mart

“Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 16:00.

“Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: