Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə sonuncu qarşılaşması Sumqayıtda baş tutub.
Avropa Konfrans Liqasındakı mübarizəsini erkən yekunlaşdırmış “Sumqayıt” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.
Xatırladaq ki, bu gün keçirilən digər oyunda – “Neftçi” və “Turan Tovuz” arasındakı görüşdə qapılara qol vurulmayıb. Mövsümün açılış matçında isə ötən gün “Qarabağ” “Araz-Naxçıvan”ı səfərdə 4:1 hesabıyla yenib. İlk tura sabah keçiriləcək “Sabah” – “Şamavı” və “Zirə” – “Səbail” oyunları ilə yekun vurulacaq.
Premyer Liqa
1-ci tur
3 avqust
“Sumqayıt” – “Kəpəz” 2:0
Qollar: Səbuhi Abdullazadə, 14. Rəhim Sadıxov, 71.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:45.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə, 19. Roi Kehat, 11. Fernando Medeyros, 9. Nikola Vuynoviç, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 24. Sənan Muradlı, 3. Slavişa Radoviç, 23. Cordan Rezabala.
Baş məşqçi: Samir Abasov.
Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 17. Ümid Səmədov, 78. Yeqor Xvalko (k), 28. Redon Mihana, 10. Kərim Lkuça, 19. Lassana Ndiaye, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 3. Vurğun Hüseynov, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci.
Baş məşqçi: Adil Şükürov.


