Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşması “Sumqayıt”la “Neftçi” arasında baş tutub.
Bu komandalar ötən turu xalsız başa vurmuşdular. Bu üzdən tərəflərə xal və xallar çox lazım idi.
Bu oyun “Neftçi”nin baş məşqçisi Samir Abasov üçün də xüsusi əhəmiyyət daşıyırdı. O, bir müddət öncə məhz “Sumqayıt”dan ayrılaraq “Neftçi”nin “sükanı arxası”na keçmişdi. Amma onun yeni komandası keçmiş klubuna 2 cavabsız qolla uduzub. Vaqif Cavadovlu “Sumqayıt” paytaxt təmsilçisi üzərində qələbə ilə xalı 19-a çatdırıb. “Neftçi” isə 13 xalla 8-ci sırada qalıb.
Premyer Liqa
16-cı tur
8 dekabr
“Sumqayıt” – “Neftçi” 2:0
Qollar: Kamran Quliyev, 20. Cordan Rezabala, 43.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 41. Uğur Cahangirov, 21. Nihat Əhmədzadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 9. Nikola Vuynoviç, 5. Alan Dias, 18. Kristian Velinovski.
Baş məşqçi: Vaqif Cavadov.
Neftçi: 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 22. Dembo Darbo, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.


